Siyasi partiyaların maliyyəsi ictimailəşdiriləcək


21:21     13 May 2016 msk07.jpg

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında «Siyasi partiyalar tərəfindən təqdim edilmiş illik maliyyə hesabatlarının qəbul olunması və nəzərdən keçirilərək ictimailəşdirilməsi qaydalarına dair Təlimat”da dəyişiklik edilməsi müzakirəyə çıxarılıb.


Femida.az-ın məlumatına görə, dəyişikliklə bağlı MSK sədrinin müavini Natiq Məmmədov məlumat verib.

O bildirib ki, əvvəllər partiyaların illik maliyyə hesabatları təqdim edildikdən sonra araşdırılıb, 24 saat müddətində ictimailəşdirilirdisə, indi hesabatlar təqdim edilən andan 1 iş günü ərzində olduğu kimi MSK-nın rəsmi internet səhifəsində yerləşdirilməklə ictimailəşdiriləcək.

Dəyişiklik səsverməyə çıxarılaraq qəbul olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 874