Siyasi məhbusların sayı açıqlandı


03:05     07 Sentyabr 2016 behreyn%20siyasi%20mehbus.jpg

"Bəhreyndə 4 min siyasi məhbus var. Bu rəqəmlə Yaxın Şərqdə ən çox siyasi məhbusu olan ölkəyik. Bəhreyndə demokratiya istəyənlər həbs olunur".


Numu Bəhreyn İnsan Haqqları Mərkəzinin sədri Nəbil Rəcəb "New York Times" qəzetinə göndərdiyi məktubunda yazıb.

Siyasi məhbusların həbsxanalarda işkəncəyə məruz qaldığını bildirən Nəbil Rəcəb, ölkədə məhkəmə sisteminin də çökdüyünü sözlərinə əlavə edib.

"2015-ci ilin mart ayında həbsxanalardakı işkəncələri gündəmə gətirdiyim üçün hədəfə alındım.

Dövlət məmurunu təhqirdən saxlanıldım və sərbəst buraxıldım. Bu günə qədər ölkədən çıxışıma qadağa qoyulub", deyə Nəbil Rəcəb vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1081