Siyasi partiyalara ayrılan pullar artırılsın - TƏKLİF


18:06     13 Noyabr 2017 milli%20meclis1.jpg

Milli Məclisdə siyasi partiyalara ayrılan maliyyə vəsaitinin artırılması təklif edilib.


Femida.az-ın məlumatına görə, MM komitələrinin birgə iclasında 2018-ci ilin büdcə zərfinin müzakirəsi zamanı Gənclər və idman komitəsinin sədri Fuad Muradov çıxış edərək maliyyənin artırılmasını təklif edib.

Daha sonra çıxış edən deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli 10 ildən çoxdur bu vəsaitin eyni qaldığını deyib: “Mən Maliyyə Nazirliyinə üzümü tutaraq soruşmaq istəyirəm, hazırda aylıq 8 min manata partiya necə yaşaya bilər? Biz bunu nəzərə almalıyıq və siyasi partiyalara maliyyə ayrılmasına baxılmalıdır”.

Femida.az

Açar sözlər:

Oxunub: 694