Siyasi məhbuslara işgəncələr davam edir


02:29     16 Sentyabr 2016 din%20hebs.jpg

Bəhreyndə 12 sentyabr aksiyasında saxlanılan şəxslərə qarşı müvəqqəti saxlanma məntəqələrində işgəncə verilir.


Bu barədə ictimaiyyətə Bəhreyn İnsan Haqqları Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, aksiyada polis tərəfindən saxlanılanlara qarşı hazırda istintaq müddəti olduğu üçün əlaqə saxlamaq olmur. "Onlara ailələri ilə görüşə də icazə verilmir. İşgəncələrlə bağlı vəkillərinin əlində ciddi sübutlar var", deyə vurğulanıb.

Mərkəzdən qeyd olunub ki, BMT İnsan Haqqları Şurasının baş verənlər qarşısında hələ də səssiz qalması yol verilməzdir.

Femida.az

Açar sözlər:

Oxunub: 975