Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü
22:03 17 May 2016
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccətinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verərək deyib ki, qonşu və dost ölkə olan İranla çoxşaxəli əməkdaşlıq bütün istiqamətlərdə olduğu kimi, bu sahədə də uğurla inkişaf edir.
Səmimi görüşə görə təşəkkürünü bildirən nazir Mahmud Höccəti rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfərinin əhəmiyyətindən danışıb, uyğun sahələr üzrə əməkdaşlığın daha da dərinləşməsi üçün geniş potensialın olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 1035
Oxşar xəbərlər
- Kəmaləddin Heydərov Zərdabda olub
- Kəmaləddin Heydərov qəbul keçirəcək
- Kəmaləddin Heydərov önəmli görüş keçirdi
- Kəmaləddin Heydərovla görüşmək istəyirsiniz?
- Kəmaləddin Heydərov özbəkistanlı həmkarı ilə görüşüb
- Kəmaləddin Heydərov qəbul keçirdi
- Kəmaləddin Heydərov hadisə yerində - Yanğın davam edir
- Kəmaləddin Heydərov Sabirabada gedir
- Kəmaləddin Heydərov vitse-prezident təyin edildi
- Kəmaləddin Heydərov istefa verməyib - Rəsmi açıqlama