Goranboy sakini intihara cəhd edib


23:08     31 May 2016 34d9a1adae9fbd4583d0f60a3fa32c01.jpg

Goranboy rayonunda intihara cəhd olub.


Femida.az xəbər verir ki, hadisə rayonun Boluslu kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Ramin Musayev səhər saat 5 radələrində içkili vəziyyətdə evə gələrək səs-küy salıb və sonra kəndir götürərək özünü asıb. Evdəkilər dərhal onu asılmış vıziyyətdən xilas edərək Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Vəziyyəti ağır olan R. Musayev reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə, 2 uşaq atası olan R. Musayev spirtli içki aludəçisidir.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1208