Səudiyyə Ərəbistanını əxlaqsızlıqda ittiham etdilər
18:11 02 İyun 2016
“Səudiyyə Ərəbistanı Allah evinin zəvvarları arasında ayrı-seçkilik yaratması və iranlı zəvvarların həccə getməsinə maneələr yaratmasına görə ağır bədəl ödəməlidir”.
Femida.az xəbər verir ki, bunu İranın Həcc və Ziyarət Təşkilatının sədri Səid Ovhədi deyib. O bildirib ki, İran hər zaman həcc məsələsini siyasi problemlərdən ayrı tutmağa çalışıb, lakin Səudiyyə Ərəbistanı heç vaxt bu məsələləri bir-birindən ayıra bilməyib: “Onlar əxlaqsızlıq etməklə və həcc məsələsi ilə bağlı müzakirələri 5 ay gecikdirməklə göstərdilər ki, həcci siyasi məsələlərlə əlaqələndirirlər”.
S. Ovhədi əlavə edib ki, Səudiyyə Ərəbistanı Xarici işlər Nazirliyinin müdaxiləsi ilə iranlı zəvvarların bu il həccə getməsinin qarşısı alınıb: “Zəvvarların məskunlaşdığı yerlərdə milli bayraqdan istifadənin qadağan olunması yalnız İrana qarşı tətbiq olunur. Bu, iki ölkə arasında fikir ayrılığı yaradan məsələlərdən biri idi. Eləcə də, Həcc və Ziyarət Təşkilatının orada tibb mərkəzləri yaratması və zəvvarların özləri ilə dərman aparmasının qadağan edilməsi kimi məsələlər də iranlı zəvvarların həccə getməsini əngəllədi”.
S. Ovhədinin sözlərinə görə, hökumət zəvvarların hüquqlarının bərpasına çalışır və gələn il iranlılar üçün həcc ziyarəti bərpa olunacaq: “Builki həcc kvotamızı da biz gələn il həccə göndərəcəyik”.
Femida.az
Oxunub: 1188
Oxşar xəbərlər
- Səudiyyə Ərəbistanda daha 11 şahzadə həbs olunub
- Səudiyyə kralının sarayına raket atıldı
- Səudiyyədə daha bir qadağa aradan qaldırılır
- Səudiyyə Ərəbistanı Yəməni bombaladı - 39 ölü var
- Səudiyyə Ərəbistanı bu banka 2 milyard dollar yatıracaq
- Səudiyyə Ərəbistanında korrupsiya qalmaqalı böyüyür
- Səudiyyədə növbəti həbs dalğası - Kral ailəsinin üzvləri həbs olunub
- Səudiyyə Ərəbistanında 11 şahzadə həbs edildi - Korrupsiyaya görə
- Səudiyyə Ərəbistanına ballistik raket atıldı
- Səudiyyədə qadınlar da maşın sürəcək