Mülki Prosessual Məcəlləyə yeni maddə əlavə edildi


20:14     14 İyun 2016 mehkeme%20(1)1.jpg

Azərbaycanda məhkəmələrin xüsusi icraat qaydasında baxdığı işlərin sayı artırılır.



Femida.az -ın xəbərinə görə, bununla bağlı Milli Məclisin bugünkü növbədənkənar sessiyasının plenar iclasında Mülki Prosessual Məcəlləyə yeni maddənin əlavə edilməsi məsələsi müzakirə olunub.

Yeni maddəyə əsasən, məhkəmələrin xüsusi icraat qaydasında baxdığı işlər siyahısına şəxsin Azərbaycan vətəndaşlığını itirməsi işi də ələvə ediləcək.
Dəyişiklik “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.
Qeyd edək ki, dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1041