Mülki Prosessual Məcəllədə dəyişiklik edildi


23:03     12 Aprel 2017 ilham_aliyev_main__221216_216.jpg

Azərbaycan prezidenti İlham Əliyev Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.


Qanunun 162.1-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib: “Bu Məcəllənin 355-17.3-cü maddəsində nəzərdə tutulmuş qətnamə qəbul edildikdə bank və (və ya) onun aktivləri ilə bağlı əvvəllər qəbul edilmiş iddianı təmin etmə tədbirləri ləğv edilməlidir”.

Habelə bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraatla bağlı 40-5-ci fəsil əlavə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 2237