Avtobusda cibgirlik edən şəxs tutulub


17:57     15 İyun 2016 ogurluq11.jpg

Bakıda sərnişin avtobusunda pul oğurlamış şəxs tutulub.


Femida.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 5-də 211 saylı xətt avtobusunda Bakı şəhər sakini Azər Seyfullayevin cibindən 167 manat pul oğurlamış Sumqayıt şəhər sakini Hüseyn Şükürov tutulub.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1040