Arzu Rəhimov vətəndaşları qəbul edib


01:55     17 İyun 2016 arzu%20rahimov%2016%20iyun].JPG

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xid­mətinin rəisi general-leytenant Arzu Rəhimov Salyan rayonunda Sabirabad, Kürdəmir, Hacıqabul, Neftçala, Şirvan, Saatlı və Salyan rayonlarının sakinlərinin qəbulunu həyata keçirib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xid­mətindən Femida.az-a verilən məlumatına Heydər Əliyev Mərkəzində keçirilən qəbulda 45 vətəndaş iştirak edib.

Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbə, bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, müharibə veteranı adının və vəsiqəsinin verilməsi, eləcə də gələcək xidmət yerinin mü­əy­yən­ləş­dirilməsinə dair olub. Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araş­dı­rıl­ması tələb olunan mü­ra­ci­ət­lər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Açar sözlər:

Oxunub: 722