Arzu Rəhimovdan iki YENİ TƏYİNAT


20:57     09 Noyabr 2017 arzu%20rehimov%201.jpg

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə və Zaqatala rayon şöbələrinə yeni rəislər təyin edilib.


Femida.az report.az-a istinadən bildirir ki, bununla bağlı Dövlət Xidmətinin rəisi Arzu Rəhimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, xidmətin Bərdə rayon şöbəsinin rəisi polkovnik-leytenant Mətləb Murquzov tutduğu vəzifədən azad edilərək Zaqatala rayon şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Zaqatala rayon şöbəsinin rəisi polkovnik-leytenant Ramil İsmayılov tutduğu vəzifədən azad edilərək, Bərdə rayon şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1518