Arzu Rəhimov vətəndaşları qəbul edib
00:44 19 May 2017
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Kürdəmir rayonunda Hacıqabul, Şirvan, Salyan, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad rayonlarının sakinlərinin qəbulunu həyata keçirib.
Xidmətdən Femida.az–a veriən xəbrə görə, qəbulda 24 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbə, bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, müharibə veteranı adının və vəsiqəsinin verilməsi, eləcə də övladlarının gələcək xidmət yerinin müəyyənləşdirilməsinə dair olub.
Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.
Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Femida.az
Oxunub: 572
Oxşar xəbərlər
- Arzu Rəhimovdan iki YENİ TƏYİNAT
- Arzu Rəhimov 7 hərbi komissarı işdən çıxardı - ƏMR
- Arzu Rəhimov Ucara gedəcək
- Arzunun atası: `Qızımı öldürən həkim sənədləri də saxtalaşdırıb` - MƏHKƏMƏ
- Arzusu çin olan şəhid, ad günün mübarək, yoldaş polkovnik
- Arzu Rəhimov vətəndaşları qəbul edib
- Arzu Rəhimov vətəndaşlarla görüşüb
- Arzu Məmmədov azadlığa buraxıldı
- Arzu Rəhimov vətəndaşları qəbul edib
- Arzu Əliyevanın “Əbədi ezamiyyət” filmi - VİDEO