Arzu Rəhimov Ucara gedəcək


15:31     01 İyul 2017 arzu%20rehimov9.JPG

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov iyulun 20-də saat 11:00-da qurumun Ucar rayon şöbəsində Bərdə, Ağdaş, Ucar, Göyçay, Tərtər, Zərdab və Yevlax rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.


Qurumdan Femida.az-a verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşların iyulun 17-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq rayon şöbə, bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Femida.az

Açar sözlər:

Oxunub: 1825