Məscidlər bağlanacaq


02:18     28 İyun 2015 45923.jpg


Tunis hökuməti ölkədə dövlətin nəzarəti altında olmayan təxminən 80 məscidin bağlanacağını elan edib.

Femida.az-ın məlumatına görə, baş nazir Habib Assid bu məscidləri zorakılığa fitva verməkdə ittiham edib. İyunun 26-da Tunisdə «Imperial Marhaba» hotelinə hücum zamanı 39 adam öldürülüb, onların əksəriyyəti Avropadan olub. Onlarla insan yaralanıb. Yaraqlı çimərlikdə olan insanlara nizamsız şəkildə atəş açıb. Hücumçu polis tərəfindən öldürülüb.

Olanlara görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Bu ilin martında Tunisin paytaxtı Bardo muzeyinə hücum zamanı 22 nəfər ölmüşdü. O zaman da qətlə yetirilənlərin çoxu əcnəbilər idi.

Açar sözlər:

Oxunub: 718