Məscidlər qərar qəbul etmək yeri deyil - Parlamentdə müzakirə


18:08     14 Aprel 2017 milli%20meclis2.jpg

“Özümüz də bu məsələlərə ayıq-sayıq yanaşmalıyıq. Jurnalistlər də bu məsələdə diqqətli olmalıdır. Bu barədə cəmiyyətə düzgün məlumat verilməlidir. Hacı Cavad məscidindən bir qədər aşağıda Təzə Pir məscidi var. İbadət etmək istəyirsənsə, oraya gedə bilərsən. Məscidin funksiyası ondan ibarət deyil ki, kimsə orada yığışıb hansısa qərarlar qəbul etsin”


Bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında Bakıdakı Hacı Cavad məscidi ilə bağlı yaranan vəziyyətə münasibət bildirərkən deyib.

S. Novruzov bildirib ki, bu ərəfədə ara qatmaq istəyən qüvvələr var.

Bu il Azərbaycanda İslam Həmrəyliyi İli olduğunu xatırladan deputat vurğulayıb ki, 57 müsəlman ölkəsindən nümayəndələr və dövlət başçıları ölkəmizə gələcək: “Azərbaycanda islamın ən gözəl modeli tətbiq olunur. 2500-dən artıq məscid fəaliyyət göstərir və bütün bunları görmək lazımdır”.

Femida.az

Açar sözlər:

Oxunub: 1999