Olimpiya çempionuna 6 il həbs


22:41     06 İyul 2016 detail_1361528898.jpg

Məşhur yüngül atlet Oskar Pistoriusa hökm oxunub.


Sevgilisi Riva Stinkampı öldürməkdə təqsirləndirilən 30 yaşlı cənubi afrikalı idmançı 6 il müddətinə azadlıqdan məhrum edilib.

Dəfələrlə Paralimpiya Oyunlarının qalibi olmuş və dünya çempionluğu qazanmış Pistorius fotomodel olan Riva Stinkampı evində bilməyərəkdən öldürdüyünü bildirib. Bununla belə, məhkəmə onun azadlıqdan məhrum edilməsinə qərar verib.

Qeyd edək ki, 2013-cü il fevralın 14-də Pistorius evinə girən sevgilisinin oğru olduğunu zənn edərək, ona atəş açıb. (apa)

Femida.az

Açar sözlər:

Oxunub: 979