Fransada daha bir terror həyəcanı
20:04 15 İyul 2016
Fransanın Strasburq şəhərində, Avropa Şurasının və Avropa İnsan Hüquqları Məhkəməsinin binaları qarşısında şübhəli çanta tapılıb.
Femida.az APA-ya istinadən bildirir ki, ərazi polis və hərbçilər tərəfindən mühasirəyə alınıb. Binalara heç kim buraxılmır.
Çantada bomba olduğu ehtimal edilib. Daha sonra xüsusi geyimli polislər tərəfindən şübhəli çanta zərərsizləşdirilib.
Verilən məlumata görə, zərərsizləşdirilən çanta Avropa Məhkəməsinə gələn şikayətçilərdən birinə məxsus olub. Fransada dünən baş verən terror hadisəsindən sonra polis bu kimi hallara daha həssaslıqla yanaşır.
Oxunub: 1170
Oxşar xəbərlər
- Fransada polis 6 nəfəri güllələyib
- Fransada aeroportlar iflic oldu
- Fransada daşqınlar gözlənilir
- Fransada meşə yanğınları qatarların yolunu kəsdi
- Fransada təhsil almış şəxsə 17 il HƏBS
- Fransada gərginlik: 370-ə yaxın insan saxlanıldı
- Fransada 7 terror aktının qarşısı alınıb
- Fransadan erməni vəhşiliyinə - Reaksiya
- Fransada fövqəladə vəziyyət ləğv olunur
- Fransada məscid qarşısında silahlı hücum