Fransada fövqəladə vəziyyət ləğv olunur
02:08 05 İyul 2017
Fransada fövqəladə vəziyyətin noyabrın 1-dən ləğv edilməsi nəzərdə tutulur.
Bu barədə Fransanın baş naziri Eduar Filipp parlamentin aşağı palatasında çıxışı zamanı bildirib.
O deyib: "Respublika prezidenti ən uzağı noyabrın 1-ə qədər ölkədə fövqəladə vəziyyət rejiminin ləğvi ilə bağlı plan hazırlamağı tələb edib".
Daha öncə Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makron da ölkədə fövqəladə vəziyyətin payızda ləğv ediləcəyi barədə bildirmişdi.
Qeyd edək ki, Fransada fövqəladə vəziyyət Nazirlər Kabinetinin qərarı ilə 2015-ci ildən qüvvədədir. (Trend)
Femida.az
Oxunub: 904
Oxşar xəbərlər
- Fransada polis 6 nəfəri güllələyib
- Fransada aeroportlar iflic oldu
- Fransada daşqınlar gözlənilir
- Fransada meşə yanğınları qatarların yolunu kəsdi
- Fransada təhsil almış şəxsə 17 il HƏBS
- Fransada gərginlik: 370-ə yaxın insan saxlanıldı
- Fransada 7 terror aktının qarşısı alınıb
- Fransadan erməni vəhşiliyinə - Reaksiya
- Fransada məscid qarşısında silahlı hücum
- Fransada yanğın: 4 ölü