Fransada 7 terror aktının qarşısı alınıb


22:09     06 İyul 2017 fransa%20polis.jpg

Fransanın xüsusi xidmət orqanları fövqəladə vəziyyət rejimi sayəsində 2017-ci ilin əvvəlindən bəri 7 terror aktının qarşısını alıblar.


"Interfax"-ın məlumatına görə, bunu “CNews” telekanalının efirində çıxış edən Fransanın daxili işlər naziri Jerar Kollon bildirib.

Fransada fövqəladə vəziyyət rejimi 2015-ci ilin noyabr ayından tətbiq olunur. O, ümumilikdə 130 nəfərin həyatına son qoyan terror aktları seriyasından sonra qüvvəyə minib və sonradan vaxtı bir neçə dəfə uzadılıb.

Bu arada Fransa Prezidenti Emmanuel Makron fövqəladə vəziyyət rejimini 2017-ci ilin payızına qədər ləğv edəcəyini bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 571