Fransada məscid qarşısında silahlı hücum


23:45     03 İyul 2017 fransa%20teror%20polis.jpg

Fransanın cənubunda yerləşən Aviqnon şəhərinin Qranj dorel məhəlləsindəki "Rəhmət" məscidinin önündə yerli vaxtla 22:30 radələrində silahlı hücum təşkil olunub.


Bu barədə yerli "La Provence" qəzeti xəbər verib. Xəbərə görə, hücumu bir avtomobildən enən iki nəfər təşkil edib. Qəzet silahlı iki şəxsin maşından enərək, ətrafdakılara güllə atdığını qeyd edərək, hücum zamanı camaatın məsciddən çıxdığını yazıb. Maskalı şəxslərin açdığı atəş nəticəsində 4 nəfərin yaralandığı açıqlanıb. Hadisə yerinə 50 metr məsafədəki bir yaşayış binasının ikinci mərtəbəsinə də hücum edən silahlılar daha 4 nəfəri yaralayıb. Onların tutulması üçün polis genişmiqyaslı iş aparır. Hadisənin gənclər arasında bir hesablaşma səbəbilə baş vermiş ola biləcəyi ehtimalı üzərində dayanılır. "La Provence" qəzeti Aviqnon prokuroru Lore Çabaadın terror aktı ehtimalını istisna etdikləri istiqamətindəki sözlərinə yer verib.

Femida.az

Açar sözlər:

Oxunub: 973