Qayınata gəlinini yaba ilə öldürdü - Xaçmazda dəhşət


14:16     22 İyul 2016 yaba.JPG

Xaçmazda dəhşətli qətl törədilib.


Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Uzunoba kəndində qeydə alınıb. Kənd sakini, 1954-cü il təvəllüdlü Məlikməmməd Adıgözəlov sərxoş halda gəlini, 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovanı yaba ilə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Hadisəni törədən M. Adıgözəlov saxlanılıb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.(Apa)

Femida.az

Açar sözlər:

Oxunub: 5113