Qayınata oğlunu öldürən gəlinini bağışladı


17:53     09 Fevral 2017 hebs_qadin_222228.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Nuridə Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Femida.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi, qətlə yetirilən V. Kərimovun atası Səfa Kərimov gəlinini bağışladığını deyib: "Mənim heç bir şikayət və tələbim yoxdur. Gəlinimi bağışlayıram. Bir uşağı var. Olan oldu. Mən nəvəmi istəyirəm. Ona görə xahiş edirəm ki, Nuridə Kərimovanı azadlığa buraxın".

Şahidlər gəlmədiyi üçün prosesdə fevralın 14-dək fasilə elan olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1118