Qayınata və gəlinin faciəli sonu - Yevlaxda ağır qəza


16:29     13 Dekabr 2016 qeza%20yeni4.jpg

Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsində qayınata və gəlin ölüb.


"VAZ 2106", "VAZ 2107" və “Mitsubishi” markalı avtomobillərin toqquşması nəticəsində "VAZ 2107" markalı maşının sürücüsü İslam İsmayılov və 39 yaşlı gəlini Səadət İsmayılova hadisə yerində dünyasını dəyişib.

Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasından APA-ya bildirilib ki, hadisə yerinə çağrılan həkim birqadası qəzada xəsarət alan bir nəfəri, “Mitsubishi” markalı maşının sürücüsü, Yevlax rayon Aşağı Bucaq kənd sakini, 1959-cu il təvəllüdlü Əhmədov Vəliyəddin Əhməd oğlu xəstəxanaya çatdırıb.

V. Əhmədovun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.(APA)

***

Bakı-Qazax magistralında ağır yol qəzası baş verib.

Femida.az lent.az-a istinadən xəbər verir ki, magistralın 267-ci kilometrliyində - Yevlax rayonu ərazisində "VAZ 2106", "Mitsubishi" və "VAZ 2107" markalı 3 minik avtomobili toqquşub. Zəncirvari qəza nəticəsində "VAZ 2107"nin sürücüsü İsmayılov İslam Məmməd oğlu və sərnişini, 1977-ci il təvəllüdlü İsmayılova Səadət Telman qızı vəfat ediblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 2292