“Türk Hava Yolları”ndan 211 əməkdaş qovulub


22:21     25 İyul 2016 sabiha%20gokcen%20hava.jpg

Türk Hava Yolları”nın rəhbərliyi qurumun 211 əməkdaşının işdən kənarlaşdırılması barədə qərar qəbul edib.


Femida.az xəbər verir ki, vəzifədən çıxarılanlar arasında THY baş direktorunun müavini Coşkun Kılıç, “AnadoluJet”i idarə edən İbrahim Doğan, 3 idarə rəhbəri, 2 idarə rəhbəri müavini, 15 pilot da var.

THY rəhbərliyi onların bir qisminin işdə yol verdiyi nöqsanlar, faydalı iş əmsalının azlığı, bir hissəsinin isə “Fətullahçı Terror Təşkilatı”na (FETÖ) mənsub olduqları üçün işdən qovulduqlarını açıqlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 984