“Türkiyə hədəflərinə doğru irəliləyir” - Ərdoğan
02:40 27 Avqust 2016
"Bu millət nəyə layiqdirsə, onların hamısı olacaq. Çünki müasir mədəniyyətlər səviyyəsinin üstünə çıxmaq sözlə olmur, konkret işlə olur."
Femida.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul şəhərində Avropa və Asiya qitəsini üçüncü dəfə bir-birinə birləşdirən “Asma körpü”nün açılışı mərasimində deyib. Onun sözlərinə görə, bu körpü həm təkərli, həm də relsli sistemin birlikdə təmin olunması baxımından öz sahəsində dünyada qabaqcıl bir körpüdür. Hazırda iftixarla gördüyümüz bu körpü, inşallah dünyada bir çox filmlərə səhnə olacaq və biz bununla fəxr edəcəyik.
R.T.Ərdoğan İstanbul kanalının çəkilişinin başa çatmaq üzrə olduğunu söyləyib: "İndi Çanaqqala körpüsünün də hazırlıqlarını aparırıq. İnşallah bütün bunlarla birlikdə dünyada Türkiyə fərqli bir mövqeyə çatacaq. Türkiyə hədəflərinə doğru addım-addım irəliləyir. İqtisadiyyatda bütün göstəricilər çətinliklərə baxmayaraq, müsbət istiqamətdə davam edir."
Oxunub: 3463
Oxşar xəbərlər
- “Türkiyə ilk aviadaşıyıcı hərbi gəmisini istehsal edəcək” – Ərdoğan
- “Türkiyə Almaniyada faşizmin ayaq səslərini eşidir” - Numan Kurtulmuş
- “Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir” - Ərdoğan
- “Türkiyənin düşməni elə bizim düşməndir“- Nazarbayev sərt danışdı
- “Türkiyə-İsrail yaxınlaşması İŞİD-i qıcıqlandırır” – İbrahim Nəbioğlu
- “Türkiyə-Azərbaycan birliyi bölgədə sabitliyi möhkəmləndirir”
- “Türkiyə və Azərbaycanın öz qüvvələrini birləşdirməlidir” - AKP millət vəkili
- “Türkiyə Belçikanın yanındadır” - Ərdoğan
- “Türkiyə Rusiyadan üzr istəməlidir” - Qırğızıstan prezidenti
- “Türkiyə Rusiyaya təzminat ödəməlidir”