“Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir” - Ərdoğan
13:15 21 Sentyabr 2016
Türkiyə Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşır və dəstəkləyir, başqasının ərazisini zəbt etmək niyyətində deyil.
Femida.az-ın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu BMT Baş Assambleyasının 71-ci iclasında çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan deyib.
“Türkiyə hamıdan çox Suriyanın ərazi bütövlüyünə qiymət verir. Bizim başqalarının ərazisində gözümüz yoxdur və bunu heç kəs etməli deyil. Bizim keçirdiyimiz “Ərəfat qalxanı” əməliyyatı bölgədə sabitlik və təhlükəsizlik üçün böyük əhəmiyyətə malikdir. Bizim məqsədimiz ərazini İŞİD terrorçularından təmizləməkdir”, - deyə Ərdoğan qeyd edib.
Ərdoqan həmçinin qeyd edib ki, Türkiyə qeyd olunan əməliyyatı keçirməyə məcbur olub, çünki Suriyanın İŞİD-in nəzarətində olan ərazilərdən Türkiyənin həmsərhəd yaşayış məntəqələri mərmilərdən mütəmadi atəşə tutulub, nəticədə xeyli dinc sakin həlak olub.
“Bizim Suriya ilə sərhədimizin uzunluğu 911 km təşkil edir, və o təhlükə altında olub. Biz mötədil müxalifətlə birlikdə Carablus şəhərini, sonra isə Xai şəhərini İŞİD-dən təmizlədik. İndi orada artıq terror dəhlizi yoxdur, sülh dəhlizi var”, - deyə Ərdoğan vurğulayıb.
Femida.az
Oxunub: 1302
Oxşar xəbərlər
- “Türkiyə ilk aviadaşıyıcı hərbi gəmisini istehsal edəcək” – Ərdoğan
- “Türkiyə Almaniyada faşizmin ayaq səslərini eşidir” - Numan Kurtulmuş
- “Türkiyə hədəflərinə doğru irəliləyir” - Ərdoğan
- “Türkiyənin düşməni elə bizim düşməndir“- Nazarbayev sərt danışdı
- “Türkiyə-İsrail yaxınlaşması İŞİD-i qıcıqlandırır” – İbrahim Nəbioğlu
- “Türkiyə-Azərbaycan birliyi bölgədə sabitliyi möhkəmləndirir”
- “Türkiyə və Azərbaycanın öz qüvvələrini birləşdirməlidir” - AKP millət vəkili
- “Türkiyə Belçikanın yanındadır” - Ərdoğan
- “Türkiyə Rusiyadan üzr istəməlidir” - Qırğızıstan prezidenti
- “Türkiyə Rusiyaya təzminat ödəməlidir”