“Türkiyə ilk aviadaşıyıcı hərbi gəmisini istehsal edəcək” – Ərdoğan


00:14     04 İyul 2017 2015-05-26-13-03-24erdogan-eseblisdi-liderxeber-640.jpg

Türkiyə özünün aviadaşıyıcı kreyserini tikəcək.


Femida.az xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan “Kınalıada” sualtı qayığının suya buraxılması mərasimindəki çıxışında bildirib.

“2023-cü ilədək Türkiyənin hərbi sənayesi xarici şirkətlərdən asılılığı azaltmalıdır. Biz öz aviadaşyıcımızı da inşa etməliyik. Biz gəmi tikintisində liderlərdən biri olmalıyıq. Artıq öz aviadaşıyıcımızın olması arzusunun reallaşacağı tarix uzaqda deyil”, – deyə, Türkiyə prezidenti vurğulayıb.

“Kınalıada” hərbi gəminin tikintisinə “MİLGEM” layihəsi çərçivəsində başlanılıb. “MİLGEM” proqramının icrasına 1996-ci ildə başlanılıb. Maliyyə çatışmazlığı ucbatından onun reallaşmasında fasilələr olub. Sualtı qayığın ilk nümunəsinin istehsalına 2008-ci il oktyabrın 2-dən “Xeybeliada” gəmisi ilə başlanlıb.

“Türkiyə artıq 14 hərbi gəmi layihəsini gerçəkləşdirib. Növbədə daha 10 gəmi layihəsi var”, – deyə, Ərdoğan bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 784