Polisə atəş açdı, öldürüldü - Azərbaycanla sərhəddə


14:45     14 Avqust 2016 bc44ea6b17ff90ae622d405d5c77aaee.jpg

Dağıstanın Məhərrəmkənd rayonunda polisə atəş açan silahlı öldürülüb.


“RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, sənədlərin yoxlanılması üçün saxlanılan avtomobilin sürücüsü polislərə atəş açıb.

Cavab atəşi ilə silahlı öldürülüb. Öldürülən silahlının şəxsiyyəti müəyyənləşdirilib. O, “Cənub silahlı qrupu”nun üzvü olan həmin şəxs bir sıra cinayətlərə görə fevral ayından axtarışda olub.

Femida.az

Açar sözlər:

Oxunub: 2375