Polisə ictimai dəstək olmaq istəyənlərin nəzərinə - İş var


20:44     08 Fevral 2017 MRfmcSlU7FKvgqsTwU0OEtMt38Nukz.jpg

Baki Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan “Bakı Metropoliteni”ndə Polis Şöbəsi “polisə ictimai dəstək” xidmətində vakant vəzifəyə müsabiqə elan edib.


Femida.az -a daxil olan məlumata görə, müsabiqədə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətini başa vurmuş (kişilər üçün) yaşı 24-dək, boyu 180 santimetr və yuxarı olan, düzgün bədən quruluşlu, idman cüssəli, tam orta və ya orta-ixtisas və ya ali təhsilli olan, qadınlar üçün (170 sm) yuxarı olan və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanının rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaq.

İctimai asayişin qorunmasında 2 il ərzində əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcək.

Əlavə məlumat üçün: (012) 490 02 36
Ünvan: Zərgərpalan k,135 (Metronun “Nizami” stansiyası)

Femida.az


Açar sözlər:

Oxunub: 14271