Polisə müqavimət göstərən şəxs zərərsizləşdirilib


20:47     30 Oktyabr 2017 2015-06-04-10-18-43Hebs-edildi-640.jpg

Hacıqabulda polisə müqavimət göstərən şəxs zərərsizləşdirilib.


DİN mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan Femida.az-a verilən məlumata görə, oktyabrın 4-də Hacıqabul şəhərində yaşayan Həsrət Şahverənovun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi barədə Şirvan ŞPŞ-yə məlumal daxil olub.

Şirvan və Hacıqabul Şəhər Rayon və Polis şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Saxlanılan zaman Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Murad Ağayev bıçaqla müqavimət göstərib. Polis əməkdaşları onu zərərsizləşdirərək istintaqa təhvil veriblər.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 815