Polisə hücum edib, silahını aldılar


17:28     21 İyun 2017 2015-06-02-11-05-11azeri-polisi-liderxeber-640.jpg

Gəncədə mühafizə polisinin əməkdaşına hücum olub.


Femida.az APA-ya istinadən xəbər verir ki, səhər saatlarında Gəncədəki banklardan birinin mühafizəçisi xidməti silahını təhvil verməyə gedərkən naməlum şəxs tərəfindən hücuma məruz qalıb.

Həmin şəxs polisin silahını götürərək ərazidən uzaqlaşıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları polisə hücum edənin tapılması istiqamətində tədbirlər həyata keçirirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 3323