Polisə yalandan “bomba var” deyən şəxs tutuldu


17:54     05 Avqust 2017 hebs%20omur.jpg

Avqustun 4-də gecə saat 1 radələrində Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi”nə Fövqəladə Hallar Nazirliyindən (FHN) naməlum şəxsin zəngi barədə məlumat daxil olub.


DİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, “112 Xidməti”nə zəng edən bir nəfərin özünü təqdim etmədən “bomba var” sözlərini deyərək dəstəyi asması bildirilib.
Dərhal görülmüş tədbirlərlə zəngin Ağcabədi şəhərindən edilməsi müəyyən edilib.
Bu barədə ərazi aidiyyatı üzrə Ağcabədi Rayon Polis Şöbəsinə (RPŞ) məlumat verilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin rayon sakini olması müəyyən olunub və o, saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1190