Masazırda bir nəfər diri-diri yandı


13:28     20 Avqust 2016 1441092946_qobustanda-6-otaqli-ev-yanib7.jpg

Abşeron rayonu Masazır qəsəbəsində vətəndaşa məxsus, ümumi sahəsi 33 kv/m olan köməkçi tikili yanıb.


APA-nın Femida.az-ın saytına istinadən verdiyi məlumata görə, yanğının kəşfiyyatı zamanı tikilidə 1 nəfərin yanmış meyiti aşkar olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1263