Masazırda su olmayacaq


17:08     11 Sentyabr 2017 su%20olmayacaq6.jpg

Bu gün Masazır qəsəbəsində suyun verilməsində məhdudiyyət yaranacaq.


“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, yeni çəkilmiş 426 mm diametrli su xəttinin magistral kəmərə birləşdirilməsi ilə əlaqədar sentyabrın 11-də 24 saat müddətində Abşeron rayonunun Masazır qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Femida.az

Açar sözlər:

Oxunub: 849