Masazırda kütləvi dava - yaralılar var
02:13 15 Dekabr 2016
Abşeron rayonunda kütləvi dava olub, xəsarət alanlar var.
Hadisə Masazır qəsəbəsi, "Araz marketin" yaxınlığında yerləşən kafedə qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Əlvəndov Əhsən Cəfər oğlu və onun qardaşı Əlvəndov Füzuli Cəfər oğlu kafedə 6 nəfər tərəfindən döyülüb. Ə.Əlvəndov və F.Əlvəndov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının apardığı istintaq zamanı xəsarət alan F.Əlvəndov hüquq-mühafizə orqanı əməkdaşlarına bildirib ki, qardaşı kafedə oturarkən tanıdığı qadınla telefonla danışıb. Bu zaman kafedə olanlar ondan çölə çıxıb danışmağı tələb edib. Bundan hiddətlənən Ə.Əlvəndov mübahisə edib. Mübahisə zamanı dava düşüb. Qardaşının döyüldüyünü görən F.Əlvəndovda müdaxilə edib. Nəticədə o da döyülüb.
Faktla bağlı araşdırma aparılır. (Report.az)
Femida.az
Oxunub: 2583
Oxşar xəbərlər
- Masazırda işıq olmayacaq
- Masazırda maşınlar suyun altında qaldı - VİDEO
- Masazırda su olmayacaq
- Masazırda sürüşmənin miqyası genişlənə bilər
- Masazırdakı sürüşmə ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ
- Masazırda yaşayış binası istifadəyə verilib
- Masazırda uçqunu olub
- Masazırda bir nəfər diri-diri yandı
- Masazırda qanunsuz kolbasa sexi aşkarlandı
- Masazırda “Mercedes“ yandı