Masazırda işıq olmayacaq


14:26     22 Dekabr 2017 isiq.jpg

Bu gün saat 12:00-dan 15:30-a qədər Abşeron rayonu Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.


Bu barədə Femida.az -a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilir ki, yaranan fasilə 110/10 kV-luq Masazır yarımstansiyasından qidalanacaq 10 kV-luq yeni elektrik verilişi xəttinin quraşdırılması işləri ilə əlaqədardır.

Yaranmış narahatlığa görə, “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.

Açar sözlər:

Oxunub: 904