Masazırda yaşayış binası istifadəyə verilib


01:02     27 Dekabr 2016 mehriban%20xanim%20acilis.jpg

Dekabrın 26-da Abşeron rayonunun Masazır qəsəbəsində valideyn himayəsindən məhrum olan və uşaq evlərini bitirən gənclərin yerləşdirilməsi üçün 120 mənzildən ibarət daha bir binanın açılışı olub.


Femida.az xəbər verir ki, mərasimdə iştirak edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 120 mənzillik başqa bir binanın da təməlini qoyub.

Birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, iki blokdan ibarət binadakı mənzillərin hamısı yüksək səviyyədə təmir olunub, mebel və digər inventarla, o cümlədən mətbəx avadanlığı və yataq dəstləri ilə təchiz edilib. Binada körpələr evi, mərasim və digər tədbirlər üçün zallar yaradılıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva binanın rəmzi açılışını bildirən lenti kəsib.

Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ərazidə sayca üçüncü 120 mənzilli, 13 mərtəbəli binanın təməlini qoyub.

İnşa olunacaq binanın birinci mərtəbəsində uşaq bağçasının yerləşdirilməsi nəzərdə tutulub. Böyük sosial əhəmiyyəti olan bu layihənin icrası nəticəsində uşaq evlərini bitirən gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün binada trenajor, stolüstü tennis və internet zalları fəaliyyət göstərir. Qeyd edilən xidmət sahələrində də məzunların özləri çalışır ki, bu da onların işlə təmin olunmasında mühüm rol oynayır.

Femida.az

Açar sözlər:

Oxunub: 1173