İranla əməkdaşlıq dayandırıldı
20:16 08 Sentyabr 2016
Maliyyə Bazarlarına Nəzarət Palatasının 05 sentyabr 2016-cı il tarixli əmrinə uyğun olaraq, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısı" yenilənib.
Femida.az Maliyyə Monitorinqi Xidmətinin saytında yer alan məlumata istinadən xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 2016-cı ilin 22-24 iyun tarixlərində keçirilmiş plenar iclasında İranın qarşı təsir tədbirlərinin 12 ay müddətinə dayandırılması barədə qərar qəbul edilib.
Buna görə də İranın adının 24 iyun 2017-ci il tarixinədək "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayət-karlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısı"ndan çıxarılmasına qərar verilib.
Femida.az
Oxunub: 3846
Oxşar xəbərlər
- İranla sərhəddə 14.800 dollarla tutuldu
- İranla Türkmənistan arasında qaz davası - İş Beynəlxalq Arbitraj Məhkəməsində
- İranla sərhəddə daha bir gərginlik
- İranla sərhəddə insident - Sərhəd pozucusu öldürüldü
- İranla sərhəddə gərginlik - Özünü bıçaqladı
- İranla Rusiya arasında nüvə sazişi imzalandı
- İranla sərhəddə insident - Sərhəd pozucuları qaçıb
- İranla Belarus arasında saziş imzalandı
- İranla maliyyə-bank əməkdaşlığı müzakirə edildi
- İranla Suriya arasında 5 saziş imzalanıb