Maşını bərk sürən nazir cərimələndi
23:12 16 Sentyabr 2016
Yaponiya məhkəməsi Okinava və “şimal ərazilərin” (cənubi Kuril adaları) işi üzrə dövlət nazirini sürət həddini aşdığına görə təxminən 600 dollar cərimə edib.
Femida.az xarici KİV-lərə istinadla xəbər verir ki, 49 yaşlı nazir Yosuke Suruxo bu il iyulun 2-də Osaka prefekturasının İdzumi şəhərindəki trasın saatda 80 kilometr sürət həddi olan hissəsində avtomobilini 123 kilometr sürətlə idarə etdiyinə görə 60 min yen məbləğində cərimələnib.
Nazir hadisəni seçkiqabağı mitinqdə parlamentin yuxarı palatasına namizədlərdən birini dəstəkləməyə gedərkən tıxacda qaldığı üçün tələsməsi ilə izah etsə də, məhkəmə cərimə qərarını qüvvədə saxlayıb.
Yosuke Suruxo bundan əvvəl - 2006-cı ildə də Osaka prefekturasının avtomobil yollarının birində sürət həddini aşdığına görə 70 min yen cərimə olunmuşdu.
Oxunub: 1491
Oxşar xəbərlər
- Maşının qapısını qırıb Saakaşvilini azad etdilər
- Maşını piyadaların üzərinə sürdü - 6 yaralı
- Maşını qaçırdı, qəza törətdi - İki piyadanı yaraladı
- Maşının təkərini dəyişərkən ağır xəsarət aldı
- Maşını bu halda tərk etmək qanunsuzdur
- Maşınından silah və narkotik tapıldı
- Maşınından 10 kiloqram narkotik gizlətdi
- Maşını müsəlmanların üstünə sürdü - Nyukaslda hadisə
- Maşınını təmirə gətirdi, ehtiyatsızlıqdan ustanı öldürdü
- Maşının təkərlərindən 28 min siqaret çıxdı