Kəmaləddin Heydərov rusiyalı həmkarı ilə görüşdü


00:08     21 Sentyabr 2016 762651754903e297a10d1418739241_FHN%20peshe%20bayrami_29.JPG

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri Vladimir Puçkovu qəbul edib.


Görüşdə iki ölkənin nazirlikləri arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib, habelə qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Görüş zamanı Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) və Rusiya Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyi arasında 2017-2019-cu illər üzrə Kompleks Əməkdaşlıq Planı" imzalanıb.

Sonda Azərbaycan fövqəladə hallar nazirinin müavinləri - general-leytenant Etibar Mirzəyev və general-leytenant Faiq Tağızadə Rusiya Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyinin medalları ilə təltif edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1515