Uşağın xilas olmasına 3500 manat lazımdır - TƏCİLİ


16:02     06 Oktyabr 2016 usaq%20ugur.jpg

Məmmədov Uğur Amil oğluna “Araxnoidal likvor kistası” diaqnozu qoyulub. Bir yaşı olan Uğurun ailəsi Sumqayitda yaşayır. Ailənin maddi vəziyyəti aşağı olduğundan övladlarını əməliyyat etdirə bilmirlər.



Anası Azadə Məmmədova bildirdi ki, həkimə müraciət etdikdə övladının başında kista olduğu deyilib: “O zamanlar kista o qədər də böyük deyildi. Həkim dedi ki, əgər doğum evində sizə qansızma barəsində məlumat verilsəydi, həmin qan kistaya çevrilmədən öncə müalicə oluna bilərdi”.

A.Məmmədova övladının beyninə qansızmanın həkim səhlənkarlığından qaynaqlandığını bildirdi: “Mənə dedilər ki, kistanın müalicəsi yoxdur, sadəcə, sakitləşdirici dərman verə bilərik. Nə zaman kista övladınızı narahat etsə, gətirin, əməliyyat edək. Başqa yolu yoxdur. Bunu həkim mənə deyəndə oğlum səkkiz aylıq idi. İndi isə 15 aylıqdır”.

Uğurun anası övladının müalicəsi üçün İran İslam Respublikasına gedərək, oradakı həkimlərə müraciət edib. Həkimlər isə əməliyyatdan başqa çarəsi olmadığını bildiriblər: “İranda dedilər ki, kista çox böyükdür, sol beyni sağ beyin tərəfə sıxır. Övladımın başının ölçüləri 5 yaşlı uşağın baş ölçüləri ilə eynidir. Həkimlər dərhal əməliyyat olunmasa, oğlumun iflic ola biləcəyini və ya komaya düşüb, anidən ölə biləcəyini dedilər. Əməliyyatın 3500 manat olduğunu dedilər. Ölkəmizdə əməliyyatın qiymətini bilmirəm. ”.

Ailənin maddi vəziyyəti yaxşı olmadığından köməksiz ana imkanlı, xeyriyyəçi şəxslərdən yardım istəyir. ( Musavat.com)

Uğurun öz sağlamlığına qovuşması üçün yardım etmək istəyən şəxslər bu məlumatlardan istifadə edə bilərlər:

Əlaqə nömrələri : 055-654-04-81 (Elvin);
077-567-23-47 (Azadə)

MİLLİ ÖN TERMİNALI

Müştəri ID-si : 338546
Doğum tarixi: 10.09.1991
---------------------------------
AG BANK - bank köçürməsi
Currency: AZN
Name: MAMMADOVA AZADA
Account No: AZ29AZEG41010944033854600001

Beneficiary Bank: “AGBANK” ASC
SWIFT: AZEGAZ22
Kod: 505817

Correspondent Bank: Mərkəzi Bank
Correspondent Account: AZ75NABZ01350100000000017944
SWIFT: NABZAZ2C

Açar sözlər:

Oxunub: 2727