Uşağın əli ətçəkən maşında qaldı - FHN köməyə gəldi


01:13     17 May 2017 usaq%20ekli.jpg

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda bir nəfər azyaşlının əlinin ətçəkən maşının içərisində sıxılmış vəziyyətdə qalması barədə məlumat daxil olub.


Femida.az nazirliyin saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həkim nəzarəti altında ətçəkən maşını kəsərək hissələrə ayırıb və azyaşlının əlini çıxarıblar. Əməliyyat saat 14:18-də başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 3305