Goranboyda faciəli ölüm


13:42     22 Oktyabr 2016 sheki_yangin_121016_028.jpg

Goranboy rayonunun Qaraçinar kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan, kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.


Femida.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1932-ci il təvəllüdlü Dadaşov Məhəmməd Muxtar oğlunun yanmış meyiti aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 885