Venesuelada xalq küçəyə çıxdı - Prezidentin istefası tələb edilir


03:14     28 Oktyabr 2016 venesuela43.jpg

Venesuelanın paytaxtı Karakasda yüzlərlə insan dövlət başçısı Nikolas Maduronun əleyhinə küçələrə axışıb. Ölkənin 5 vilayətində də etiraz aksiyaları keçirilib.


Nümayişçilər Maduronu istefaya səsləyiblər. Bundan əlavə ölkə parlamentindəki müxalif millət vəkilləri iclas keçirərək, Maduronun hökumətinin istefaya göndərilməsi üçün sorğu hazırlamağa cəhd ediblər.

Lakin iqtidar deputatları iclasa müdaxilə edərək, müxalifləri çevrilişdə ittiham ediblər. Maduro da çıxışında çevrilişə icazə verməyəcəklərini dilə gətirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1187