Venesuelada etirazlar - Ölənlərin sayı 12-yə çatıb


13:36     22 Aprel 2017 venesuela43.jpg

Venesuelanın Karakas şəhərində etiraz aksiyaları zamanı ölənlərin sayı 12-yə çatıb.


Femida.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Venesuelanın baş prokurorluğu məlumat yayıb.

Xəbərdə deyilir ki, daha 7 nəfər xəsarət alıb.

Qeyd edək ki, Venesuelada kütləvi etirazlar, Ali Məhkəmə tərəfindən müxalifət milli assambleyasının səlahiyyətlərinin ciddi məhdudlaşdırmasından sonra başlayıb. Qərar sonradan ləğv olunsada, müxalifət tərəfdarları məhkəmənin üzvlərinin istefası tələbi ilə küçələrə çıxıb.

Femida.az

Açar sözlər:

Oxunub: 715