Venesuelada dərman çatışmazlığı: Xəstələr qırılır


19:13     26 Mart 2017 derman-1-tibfjfj.jpg

Venesuelada kəskin dərman çatışmazlığı yaranıb.


Femida.az axar.az-a istinadən bildirir ki, ölkə prezidenti Nikolas Maduro ölkəni gərgin vəziyyətdən xilas etməsi üçün BMT-yə müraciət edib. Martın 24-də televiziya ilə çıxış edən Maduro bildirib ki, problemin həll edilməsi üçün kuratorunu BMT-yə göndərib.

"BMT dərman sənayesinin necə inkişaf etdirməyi hər kəsdən yaxşı bilir", - Maduro deyib.

Məlumata görə, Venesuela xəstəxanalarında xərçəng xəstəliyindən əziyyət çəkən xəstələr dərman çatışmazlığından ölür. Venesuela Həkimlər İttifaqından bildirilib ki, ölkə xəstəxanalarında cəmi 3 faiz dərman ehtiyatı qalıb.

Femida.az

Açar sözlər:

Oxunub: 898