Venesuelada Konstitusiya assambleyası işə başlayıb


02:31     05 Avqust 2017 venesuela.jpg

Venesuelanın Konstitusiya assambleyası (KA) bu gün ölkə paytaxtı Karakasda öz işinə başlayıb.


Femida.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu haqda AFP agentliyi xəbər verir.

Konstitusiya assambleyasının sədri sabiq xarici işlər naziri Delsi Rodriges seçilib.

Qeyd edək ki, assambleya, əksər üzvləri müxalifətçi olan Parlamentin binasında öz işinə başlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 846