Venesuelada seçki məntəqəsində iki nəfər öldürülüb
02:19 31 İyul 2017
Venesuelanın Merida ştatında seçki məntəqəsinin yaxınlığında iki nəfər qətlə yetirilib.
Femida.az -ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, öldürülənlərdən biri seçki keçirilən təhsil mərkəzinin mühafizəçisi olub.
Bu gün Venesuelada Konstitusiya Assambleyasına seçkilər keçirilir, seçkilər ərəfəsində küçə etirazlarına qadağa qoyub.
Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Sonrakı etiraz aksiyalarına səbəb ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.
Oxunub: 1041
Oxşar xəbərlər
- Venesuelada hərbi bazanı zəbt etmək istədilər
- Venesuelada Konstitusiya assambleyası işə başlayıb
- Venesuelada etirazlar - Ölənlərin sayı 12-yə çatıb
- Venesuelada dərman çatışmazlığı: Xəstələr qırılır
- Venesuelada xalq küçəyə çıxdı - Prezidentin istefası tələb edilir
- Venesuelada xalq prezidentə `istefa` dedi
- Venesuelada neft platforması partladı