İraq ordusu Mosul əməliyyatını dayandırdı


01:22     18 Noyabr 2016 iraq%20ordusu0.jpg

İraq Ordusu Mosulda İŞİD radikal qruplaşmasına qarşı əməliyyatları müvəqqəti dayandırmağa məcbur olub.


Femida.az xəbər verir ki, əməliyyatlar əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq dayandırılıb.

İraq Ordusundan verilən məlumata görə, əlverişsiz hava şəraiti havadan hücum əməliyyatları yerinə yetirən hərbi təyyarlərə görüntüdə məhdudiyyət yaradır.

Hazırda İraq Ordusu hissələri əməliyyatları müvəqqəti dayandıraraq şəhərin şərqində daha öncə terror qruplaşmasından azad edilmiş mövqelərin müdafiəsini həyata keçirir.

Femida.az

Açar sözlər:

Oxunub: 1398